Cəlilabadda səsvermə öz axarında davam edir

Seçicilər məntəqələrə daxil olaraq sərbəst şəkildə istədikləri prezidentliyə namizədələrə səs verirlər

Bakı, Vüsal Nəbiyev, İnteraz - 09 Oktyabr 2013, 12:49

Səhər saatlarından etibarən bütün ölkə ərazisində olduğu kimi Cəlilabad rayonunda seçki prosesinə start verilib. Seçiki prosesininin başlanmasını Cəlilabad şəhər 67 saylı dairə seçki komissiyasına daxil olan 3 saylı məntəqədə seçki bülletenlərinin saxlandığı möhürlənmiş otağın qapısı açılaraq bülletenlər məntəqə işçilərinə təhvil verilib. Daha sonra isə seçicilər məntəqələrə daxil olaraq sərbəst şəkildə istədikləri prezidentliyə namizədələrə səs verməyə başlayıblar.

Səhər saatlarından etibarən seçki məntəqəsində seçicilərin seyrəkliyi müşahidə olunsa da, gunortaya doğru günün pik saatlarında isə prezident seçkilərində iştirak edən vətəndaşların sayının daha da artacağı gözlənir.

Qeyd edək ki, hazırda
 67 saylı saylı Cəlilabad şəhər seçki dairəsində 38.780 seçici qeydiyyatdadır. Bunlardan 400 nəfəri ilk dəfədir ki, səsvermədə iştirak edəcəklər. Cəlilabad rayonunda seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə 23 veb-kamera quraşdırılıb. Burada seçkiləri 1029 yerli müşahidəçi izləyir.

Ümümilikdə Cəlilabad rayonunda  Prezident seçkilərinin keçirilməsi üçün 3 dairə seçki məntəqəsi yaradılıb. Bunlar 67 saylı Cəlilabad şəhər seçki dairə komissiyası, 68 saylı Cəlilabad kənd seçki dairəsi və 69 saylı Yardımlı–Masallı–Cəlilabad-Biləsuvar dairə seçki kommisiyalarıdır. Hər üç dairə seçki komissiyasından əldə etdiyimiz məlumata görə səhər saatlarında rayon ərazində hər hansı qanun pozunusu qeydə alınmayıb.