Saat 12:00-dək ölkə üzrə 1 milyon 894 050 nəfər səs verib-MSK

Ən yüksək göstərici Xəzər 14 saylı, Salyan, Nefçala, Xəzər, Pirallahı şəhər və digər dairə seçki məntəqələrindədir

Bakı, , İnteraz - 09 Oktyabr 2013, 12:58

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı səsvermənin saat 12:00 olan nəticələrin açıqlayıb. İnterazTv-nin məlumatına görə, Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov saat 12:00-a olan seçici fəallığı barədə məlumat verib. O deyib: “Ölkə üzrə seçki dairələri üzrə ümumilikdə seçki fəallığı 36.81 faiz təşkil edir. Ümumi məntəqələrdə 1 milyon 894 050 nəfəri səs verib. Ən yüksək göstərici Xəzər 14 saylı, Salyan, Nefçala, Xəzər, Pirallahı, Masallı şəhər və digər dairə seçki məntəqələrində (seçki fəallığı 43-44 faiz) təşkil edir. Səhərdən indiyədək MSK-ya 69 müraciət daxil olub. Bunlardan 36-sı online, 10-nu sosial şəbəkə və qalanları isə digər vasitələrlə daxil olub. Bunların arasında şikayət xarakterli məlumat yoxdur.

 

Xatırladaq ki, ümumilikdə respublika üzrə 5 145 643 nəfərin 125 dairə üzrə səs vermək hüququ var.