Abbas Abbasov Moskvada İlham Əliyevə səs verib

"Mən bülletenimi açıq şəkildə göstərirəm ki, heç bir dedi-qoduya əsas qalmasın"

Bakı, , İnteraz - 09 Oktyabr 2013, 13:54

Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri, Rusiya Azərbaycan Təşkilatlar Birliyinin rəhbəri və Rusiya xalqları Assambleyasının sədr müavini Abbas Abbasov Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı səs verib. İnterazTv-nin xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Moskvadakı seçki məntəqəsinə gələn Abbas Abbasov səsvermədə iştirak edib. Seçki bülletenini əməkdaşımıza göstərən sədr səsini İlham Əliyevə verdiyini nümayiş etdirib.

 

O deyib: “Mənim qərarım budur, mən bülletenimi açıq şəkildə göstərirəm və seçimimi bu cür göstərirəm ki, fərziyyələr yürütməyə çalışanlar tərəfindən heç bir dedi-qoduya əsas qalmasın.”

 

A.Abbasov Azərbaycanın Moskvadakə səfriliyi qarşıında, dahi Nizami Gəncəvinin abidəsi önündə AzərRos FMMM fəalları və səs verməyə gələn gənclərlə görüşüb, onları İlham Əliyevə səs verməyə səsləyib.