Bərdədə seçkilərlə bağlı məntəqələr saat 08:00-dan etibarən açıqdır

Seçicilər səhər saatlardından başlayaraq seçki məntəqələrinə üz tutub

Bərdə, Şamxal Cəliloğlu, Vüsal Nəbiyev, İnteraz - 09 Oktyabr 2013, 14:37

Bərdədə prezident seçkiləri ilə bağlı məntəqələr saat 08:00-dan etibarən səsvermə üçün açıqdır. Seçicilər öz namizədlərinə səs vermək üçün seçki məntəqələrinə üz tutublar. Seçicilər müstəqil şəkildə istədikləri namizədə səs verirlər.

Məntəqələrdə seçki prosesini MSK-da qeydiyyatdan keçmiş beynəlxalq və yerli müşahidəçilər izləyir, qanuna zidd neqativ hal müşahidə edilməyib.

93 saylı Bərdə şəhər seçki dairəsininin tərkibində 52 məntəqə fəaliyət gösətirir ki, bunların ikisi hərbi hisssədə yerləşir. Dairədə 44 min 246 seçici qeydiyyata alınıb. Seçkiləri 246 yerli müşahidəçi izləyir. 11 məntəqədə veb-kamera quraşdırlıb.

94 saylı Bərdə kənd dairə seçki məntəqəsində 54 seçki məntəqəsi fəaliyət göstərir. Bu məntəqələrdə 44 min 695 seçici qeydiyyata alınıb. 223 müşahidəçi seçkiləri izləyir. Bunlardan 2 xarici müşahidəçidir. 5 məntəqədə isə veb-kamera quraşdırılıb.

Səsvermə saat 20:00 qədər davam edəcək.