İqbal Ağazadə: “Müşahidəçilərim məntəqələrdə xeyli aktivdirlər”

Millət vəkili səsvermənin gedişatı barədə fikirlərini seçkilər başa çatdıqdan sonra bildirəcək

Bakı, İnteraz - 09 Oktyabr 2013, 15:46

“Səs vermədə iştirak edərkən heç bir problemlə üzləşmədim”. Prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə İnterAz-a bildirib ki, səsvermənin gedişatı barədə fikirlərini seçkilər başa çatdıqdan sonra mediaya ilə bölüşəcək: “Seçkinin gedişatı barədə hələ ki, heç bir fikir bildirmək olmaz. Müşahidəçilərim hazırda məntəqələrdə xeyli aktivdirlər və gedişatı izləyirlər”.

 

Qeyd edək ki, İqbal Ağazadə 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının 7 saylı məntəqəsində səs verib. İ. Ağazadə məntəqəyə vəkilləri və partiya üzvləri ilə birgə gəlib.