Siyavuş Novruzov: "Milli Şura nümayəndələri tərəfindən qanun pozuntuları baş verib"

"Qanun pozuntuları ilə bağlı məsələ bu gun keçiriləcək mətbuat konfransında geniş müzakirə olunacaq"

Bakı, Alçina Amilqızı, , İnteraz - 09 Oktyabr 2013, 16:49

“Milli Şura nümayəndələri tərəfindən seçkilərdə qanun pozuntuları olub”. Bu sözləri İnterAz-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun dediyinə görə,  Milli Şura tərəfindən baş verən qanun pozuntuları ilə bağlı məsələ bu gün keçiriləcək mətbuat konfransında geniş müzakirə olunacaq.

 

23 saylı Nəsimi-Səbail seçki dairəsində səsvermədə iştirak etdiyini deyən millət vəkili seçkilərin tam demokratik, ədalətli və azad keçirildiyini bildirib: “Səsvermə azad və demokratik keçdi. Mən də öz səsimi verdim və nəticəsi axsam bəlli olacaq”.