Şimal bölgəsində də prezident seçkiləri öz axarı ilə davam edir

Saat 12:00-dək seçicilərin 30-33 faizi artıq seçkilərdə iştirak edib

Quba, Rauf Əhmədov, Vüsal Nəbiyev, İnteraz - 09 Oktyabr 2013, 17:11

Respublikanın hər yerində olduğu kimi şimal bölgəsində də prezident seçkiləri öz axarı ilə davam edir. Ümumiyyətlə seçkilər hər bir ölkənin siyasi həyatında mühüm hadisə hesab olunur. Seçkilərin demokratik, azad və ədalətli keçirilməsi isə mütərəqqi inkişafın əsasını təşkil etməklə yanaşı, hakimiyyətin seçkili orqanlarının xalq tərəfindən formalaşdırılmasının əyani ifadəsidir. 

Xatırladaq ki, ümumilikdə, şimal bölgəsində 6 seçki dairəsi üzrə 274.309 nəfər seçici qeydiyyatdadır. Dairə seçki komissiyalarından aldığımız məlumata görə, saat 12:00-dək seçicilərin 30-33 faizi artıq seçkilərdə iştirak edib. Seçkilər hazırda davam edir.