Azərbaycan və Rusiya prezidentləri Sankt-Peterburqda görüşüb

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 08:26

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

 

İnterAz xəbər verir ki, dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşıladılar.

 

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi.

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

 

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər.

 

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

 

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi.

 

Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı oldu.

 

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxdılar.