Atatürk parkında kafe və restoranların 80 faizi sökülüb

Şöbə müdiri bildirib ki, söküntünün qalıqları təmizləndikdən sonra parkda abadlıq, yenidənqurma işləri aparılacaq

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Dekabr 2018, 17:07

Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında kafe və restoranların 80 faizi sökülüb.

 

İnterAz xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Nəzаrət şöbəsinin müdiri Zülfəli İsmayılov deyib.

 

Şöbə müdiri bildirib ki, söküntünün qalıqları təmizləndikdən sonra parkda abadlıq, yenidənqurma işləri aparılacaq.