Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Yanvar 2019, 11:24

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

 

İnterAz xəbər verir ki, hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.