Şəhidlərin xatirəsinə həsr olunan idman yarışı keçirilib

Xocavənd rayonundakı “AREA” idman kompleksində hərbi birliyin tabeçiliyində olan hərbi hissələr arasında yunan-Roma və sərbəst güləş, eləcə də cüdo üzrə yarışlar keçirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Fevral 2019, 18:01

Xocavənd rayonundakı “AREA” idman kompleksində hərbi birliyin tabeçiliyində olan hərbi hissələr arasında yunan-Roma və sərbəst güləş, eləcə də cüdo üzrə yarışlar keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a bildiriblər ki, hərbi hissələrin şəxsi heyətinin qatıldığı tədbirdə general-mayor Mais Bərxudarov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

 

Çıxış edənlər şəhidlik zirvəsinin müqəddəsliyindən, fiziki hazırlığın döyüş hazırlığının əsas tərkib hissəsi olduğundan, keçirilən belə idman yarışlarının mühüm əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.