Dövlət Xidmətinin iki əməkdaşına general-mayor rütbəsi verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 17:46

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

 

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə

 

polkovnik Yusif Həsən oğlu Mirzəyevə.