Bir qrup hərbi qulluqçu təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 18:00

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 

İnterAz-ın məlumatına görə, sərəncamla xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant

 

Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant

 

Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant

 

Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant

 

Əliyev Vüsal Akif oğlu – mayor

 

Həsənov Nicat Zəfər oğlu – mayor

 

Əsədullayev Vilayət Fətulla oğlu – kapitan

 

Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.