Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib

Sərəncam imzalandığı gündən qüvvəyə minir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 08:54

Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

İnterAz-ın məlumatına görə, sərəncamla Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Qeyd edək ki, Z.Oruc hazırda Milli Məclisin deputatıdır. 

 

Dövlət başçısının digər sərəncamı ilə “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli fərmanında dəyişiklik edilib. 

 

Müəyyən edilib ki, Sosial Tədqiqatlar Mərkəzi (bundan sonra – Mərkəz) ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir;

 

Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.