Prezident İlham Əliyev Real TV-yə müsahibə verib

Prezidentin sözügedən müsahibəsi bu gün 21:00-da Real TV-də yayımlanacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 16:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev REAL televiziyasına geniş müsahibə verib.

 

İnterAz xəbər verir ki, müsahibədə dövlət başçısı Azərbaycanda aparılan islahatların əhatə dairəsi, əsas hədəfi, növbəti addımları barədə suallara cavab verib.

 

Bununla yanaşı, Prezident Dağlıq Qarabağ problemi ətrafında gedən danışıqlar və Azərbaycan Ordusunun gücü mövzusuna da toxunaraq münaqişənin həlli istiqamətində aparılan son müzakirələr barədə ətraflı danışıb.

 

Prezidentin sözügedən müsahibəsi bu gün 21:00-da Real TV-də yayımlanacaq.