Azərbaycan və çeçen rəsmiləri görüşüb

Tərəflər ortaq bəyanatlarında məişət səviyyəsində baş vermiş hər hansı bir problemin Azərbaycan və Çeçenistan arasındakı dostluq münasibətlərinə xələl gətirməyəcəyini bildiriblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Fevral 2019, 17:02

Fevralın 14-də Moskvada “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentdən sonra bu gün Rusiya paytaxtında hər iki tərəfin rəsmi şəxsləri arasında görüş olub.

 

İnterAz “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Çeçenistan prezidentinin köməkçisi Adam Delimhanov iştirak edir.

 

Tərəflər ortaq bəyanatlarında məişət səviyyəsində baş vermiş hər hansı bir problemin Azərbaycan və Çeçenistan arasındakı dostluq münasibətlərinə xələl gətirməyəcəyini bildiriblər.