Bu gün VII Bakı Qlobal Forumu başlayır

VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 10:02

Bu gün VII Bakı Qlobal Forumu başlayır.

 

İnterAz xəbər verir ki, "Yeni Xarici Siyasət" ("A New Foreign Policy") şüarı altında keçiriləcək forum martın 16-dək davam edəcək.

 

Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

 

Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

 

Forumda tanınmış dövlət adamlarının, siyasətçilərin, nüfuzlu ictimai xadimlərin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.