Prezident yeni icra başçısı təyin edib

Prezidentin imzaladığı digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Aprel 2019, 14:41

Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

 

Prezidentin imzaladığı digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.