Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev sakinlərlə görüşüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 13:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.

 

İnterAz xəbər verir ki, Prezident İlham Əliyev sakinlərlə görüşüb.

 

Sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib.

 

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.