XİN: Azərbaycanla Aİ arasında sazişin mayın 13-də imzalanması nəzərdə tutulmayıb

Azərbaycanla Avropa İttifaqı arasında sazişin bu il mayın 13-də imzalanması nəzərdə tutulmayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 17:45

Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz mayın 13-də imzalanması nəzərdə tutulmayıb.

 

Bu sözləri İnterAz-a açıqlamasında XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.

 

“Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”,- deyə o bildirib.

 

Qeyt edək ki, bu gün parlamentin iclasında Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanla Aİ arasında yeni sazişin mayın 13-də imzalanacağının nəzərdə tutulduğunu deyib.