Azərbaycan 100 min “Kalaşnikov” avtomatı istehsal edib

Sərgi mayın 18-dək davam edəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 13:25

Azərbaycan Rusiyanın lisenziyası əsasında 100 min “AK-74M” "Kalaşnikov" avtomat silahı istehsal edib.

 

İnterAz xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi Belarusun paytaxtı Minskdə keçirilən “MİLEX-2019” beynəlxalq silah və hərbi texnika sərgisində TASS agentliyinə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan "Kalaşnikov" avtomatlarını 2021-ci ilədək istehsal edəcək: “Ümumilikdə, 120 min ədəd “AK-74M” buraxılacağı ehtimal edilir”.

 

Sərgi mayın 18-dək davam edəcək.