Əcnəbilər üçün viza blankının doldurulması qaydasına dəyişiklik olunub

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 09:22

Nazirlər Kabineti “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 19 mart tarixli qərarda dəyişiklik edib.

 

İnterAz xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

 

Qərara əsasən 2 nömrəli əlavə - “Viza almaq üçün ərizə-anket”in 26-cı bəndi - ictimai təhlükə yarada biləcək infeksiyalı xəstəliyə yoluxub-yoluxmamaqla bağlı sorğu ləğv edilib.