Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib

Sərəncamla Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 16:53

Prezident İlham Əliyev Roza Cəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, sərəncamla Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib.