Müdafiə naziri Zakir Həsənov Naxçıvana gedib

İyunun 7-də Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Iyun 2019, 15:07

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədi ilə Naxçıvan şəhərinə gedib.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, iyunun 7-də Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.