Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

Yas mərasimi ile bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 11:05

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

 

İnterAz-ın xəbərinə görə, yas mərasimi ile bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.

 

Xatırladaq ki, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.