Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib

Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 14:18

Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, havanın hərarətinin yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasını komandir və rəis heyətinə çatdırıb.

 

Qeyd edək ki, bu gün Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.