Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verib

Səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 16:19

Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz nəzarətinə götürüb. 

 

İnterAz xəbər verir ki, bu barədə Fondun Prezidenti Mehriban Əliyeva tapşırıq verib.

 

Səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.