Vilayət Eyvazov kollegiya iclası keçirir

Vilayət Eyvazov nazir vəzifəsində ilk kollegiya iclasını keçirir...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyul 2019, 10:24

Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

 

İnterAz-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən toplantıda DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.

 

İclasda 2019-cu ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.