Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilib

Layihəyə dəyişiklik təklifi I oxunuşda səsə qoyularaq qəbul edilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyul 2019, 16:24

Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir. 

 

İnterAz xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında müzakirə olunub.

 

MM-nin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki,  “Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun layihəsinin 9-cu maddəsinin 9.1-ci bəndinə təklif olunan dəyişiklikdə bildirilir ki, Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Konstitusiyada və “Dövlət Bayrağının təsvirinin təsdiq ediməsi haqqında” Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

 

Sənədin hazırki variantında isə bu məsələ “Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır” şəklində qeyd olunub.

 

Digər dəyişikliklə isə sənədin 9.2-ci bəndi ləğv edilir. 

 

Sənədin 9.2-ci bəndi isə belədir: “Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”.

 

Layihəyə dəyişiklik təklifi I oxunuşda səsə qoyularaq qəbul edilib.