Azərbaycan Avropa Komissiyasının yeni prezidentini təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə Ursula fon der Leyeni təbrik edib...
Bakı, Aytən Əliyeva, İnteraz - 18 Iyul 2019, 14:25
Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə Ursula fon der Leyeni təbrik edib.
İnterAz xəbər verir ki, XİN-nin Mətbuat xidmətinin “Twitter”də yerləşdirilən açıqlamasında deyilir: “Sizi Avropa Komissiyası prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da güclənəcəyinə inanırıq”.