Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub

Düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 19 Iyul 2019, 13:39

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

 

İnterAz-ın məlumatına görə, düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub.  

 

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər kənddə evlərin dam örtüyünə və hasarlarına dəyib.