Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram"...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 15:08

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.

 

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:"Əlahəzrət, Belçikanın milli bayramı münasibətilə Sizi və bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram".