Qəzaya uğrayan Azərbaycan HHQ-nin təyyarəsinin bəzi fraqmentləri tapılıb

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Avqust 2019, 12:14

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

 

Bu barədə İnterAz-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

 

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.