Naxçıvan Qarnizonu qoşunlarında növbəti təlimə start verilib

Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Sentyabr 2019, 15:13

Naxçıvan Qarnizonu qoşunlarında növbəti təlimə start verilib. 

 

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb. Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. 

 

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.