AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür edib

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 09 Sentyabr 2019, 17:23

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

 

İnterAz “Report“ istinadən bildirir ki, məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zamanı səfərini asanlaşdırdığını vurğulayıb.

 

“Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi və ümumiyyətlə səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm", - deyə, o qeyd edib.

 

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib.