MN: Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Sentyabr 2019, 17:13

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunların hərəkəti, idarə edilməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Keçirilən təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır. Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.