Prezident İlham Əliyev Əli Əsədovu Baş Nazir təyin edib

Sərəncam imzalandığı gündən qüvvəyə minir...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Oktyabr 2019, 16:22

Azərbaycan Prezidenti İlham Əliyev yeni Baş Nazirin təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.