Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Zakir Həsənov həmsədrlərlə cəbhənin Qazax istiqamətindəki vəziyyəti müzakirə edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Oktyabr 2019, 16:33

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 17-də Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

 

Nazirliyin Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.