Zakir Həsənov Çinə işgüzar səfərə gedəcək

İşgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 17:49

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

İşgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır.