Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 17:54

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər.

 

İnterAz xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin nəticələrinə əsasən yaydığı bəyanatda deyilir.

 

Həmçinin qeyd olunur ki, vasitəçilər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Daimi Şurasına və Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumat verəcək.