Zaxarova: Ölkədə rus dilinin inkişafı və qorunmasına görə Azərbaycana minnətdarıq

Azərbaycanda rus dilinin mövcudluğu lazımi səviyyədə saxlanılır...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 16:16

Azərbaycanda rus dilinin mövcudluğu lazımi səviyyədə saxlanılır.

 

İnterAz-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

 

"Azərbaycanda rus dilinin lazımi səviyyədə inkişaf etdirilməsi və qorunub saxlanması üçün görülən işlərə görə rəsmi Bakıya hörmət və minnətdarlığımızı bildiririk", - M.Zaxarova deyib.