Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 12 Noyabr 2019, 13:51

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq.

 

İnterAz xəbər verir ki, bu barədə Report-a bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.

 

Bildirilib ki, bununla əlaqədar inzibati prosedurlara başlanılıb və ilk addım olaraq Perunun Bakıdakı səfirliyinin konsulluq şöbəsi yalnız dekabrın 15-dək fəaliyyət göstərəcək.

 

Qeyd olunur ki, Peru səfirliyi Azərbaycandakı fəaliyyətini 2020-ci il martın 1-də tamamilə dayandıracaq.

 

"Bu tarixdən sonra maraqlananlar Perunun Ankaradakı səfirliyi ilə əlaqə saxlamalıdırlar", - diplomatik nümayəndəlikdən vurğulayıblar.

 

Xatırladaq ki, Azərbaycanda Peru səfirliyi 2017-ci ilin iyun ayında açılıb.