Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Prezidentin digər sərəncamı ilə R. Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 20 Noyabr 2019, 13:47

Prezident İlham Əliyev Rafil Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz-ın məlumatına görə, sərəncama əsasən, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Digər bir sərəncamla Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.