Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri-şöbə müdirləri təyin ediliblər

Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb...

Bakı, Gülnarə Quliyeva, Gülnarә Quliyeva, İnteraz - 29 Noyabr 2019, 17:49

Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

 

İnterAz-ın məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.

 

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.