Rusiyanın XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük rəsmi səfəri başlayır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 08:31

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük rəsmi səfəri başlayır.

 

İnterAz xəbər verir ki, səfər çərçivəsində S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

 

“E. Məmmədyarovla danışıqlar zamanı beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək”.

 

Rusiya XİN-dən bildirilib ki, səfərdə həmçinin xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmələr planının da imzalanması nəzərdə tutulub.