Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlanıb

Azərbaycan və Ermənistan XİN başçıları dekabrın 4-də Bratislavada görüşəcəklər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 11:12

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub.

 

İnterAz "TASS"a istinadən əbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər

 

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.