Dilarə Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident sərəncam imzalayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 13:22

Prezident İlham Əliyev Dilarə Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

 

İnterAz xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.