Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 17:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. 

 

İnterAz-ın məlumatına görə, mətndə deyilir: 

 

"Hörmətli Vladimir Vladimiroviç,

 

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

 

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".