Prezident korrupsiyaya yol verən icra başçısını vəzifədən azad edib

Prezident İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Dekabr 2019, 11:36

Prezident İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov korrupsiya əməllərinə görə DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb.