Prezident Maliyyə nazirinə: “Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa”

"Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istəyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 09:43

 Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

 

İnterAz xəbər verir ki, müşavirədə ölkə başçısı ilə yanaşı Azərbaycan hökumətində təmsil olunan şəxslər də çıxış edib.

 

Prezident büdcə, gəlirlər və xərclər haqqında danışan Maliyyə naziri Samir Şərifovdan gələn il xarici dövlət borcu üzrə hansı məbləğdə vəsait qaytarmağı planlaşdırıdıqlarını soruşub. Nazirin suala uzun cavab verməsinə ölkə başçısı irad tutub:

 

"Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istəyib.